10734040_736915339729583_6612870494923128493_o

MirHəsən Seyidov

15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.1995-ci ildən etibarən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlamış,2006-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olmuşdur.2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirmişdir. Təhsililini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq biznes MBİ magistr dərəcəsi əldə edib.2010-2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur.

HAQQINDA

İctimai fəaliyyətinə 2005-ci il İyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış,sentyabrdan etibarən isə gənclər üçün resurs mərkəzlərində iş (UNICEF)– də könülllü olaraq fəaliyyət göstərmişdir.2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) –da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımış və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş,yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirmişdir. 2007ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərmişdir.2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq çalışmağa başlamışdır.Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-da baş katib müavini olaraq ictimai fəaliyyətinə davam edir.2012-ci ilin fevral ayından başlayaraq Avroviziyanın Azərbaycandakı rəsmi Fan Klubunun sədri olmuşdur. 2012-ci ilin may ayından Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olmuş, 2012-ci il İyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışmağa başlamışdır. 2014-cü il 27 iyun tarixindən etibarən isə “İRƏLİ” İctimai Birliyinin sədri olaraq fəaliyyətini davam etdirir.

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa Ittifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının Tashlarinin Inkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi fəaliyyət göstərmişdir.

MirHəsən Seyidov

“Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın inkişafı üçün gənclər sahəsində qazandığımız nailiyyətlər və cəmiyyətimizin inkişafı istiqamətində atdığımız addımlar, Sizi də, bu uğurların əldə olunmasında iştirak etməyə və gələcək peşəkar addımlarınızda irəlidə olmağa və bizlərə qoşulmağa həvəsləndirəcəkdir”

İdarə heyəti

"İRƏLİ" İCTİMAİ BİRLİYİ
İDARƏ HEYƏTİNİN SƏDRİ
"İRƏLİ" İCTİMAİ BİRLİYİ
İDARƏ HEYƏTİ SƏDRİN MÜAVİNİ
Sağlam Gənclİyə Doğru İCTİMAİ BİRLİYİ
İDARƏ HEYƏTİNİN ÜZVÜ
Azərbaycan GənclərİNİn Avropa İnteqrasİyası
İDARƏ HEYƏTİNİN ÜZVÜ
“Gənclər Turİzmİ” İctİmaİ Bİrlİyİ
İDARƏ HEYƏTİNİN ÜZVÜ
YAP GƏNCLƏR BİRLİYİ
İDARƏ HEYƏTİNİN ÜZVÜ
"İRƏLİ" İCTİMAİ BİRLİYİ
İDARƏ HEYƏTİNİN ÜZVÜ