ELANLAR

2 Fevral Gənclər Gününə həsr olunmuş

Gənclik velo yürüşü

15934215_341526949566499_532085181_o

2 fevral Azərbaycan gənclər günü ilə əlaqədar “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə birgə ənənəvi “Gənclik Veloyürüşü” keçiriləcək.
Velo yürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılmasına, gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına və günün əhəmiyyətinin onlara aşılanmasına yönəlmişdir.

Qeyd edək ki, 2 Fevral Gənclər günü ənənəsinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən 1997-ci il sərəncamına əsasən qoyulmuşdur və Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Artıq bu il Azərbaycan gəncləri bu ənənənin 20-ci ilini qeyd edir.

Gənclər gününü birlikdə qeyd etmək və vaxtınızı səmərəli istifadə etmək üçün qeydiyyatdan keçməyə tələsin!

Keçirilmə tarixi: 29 yanvar 2017, 10:30

Yürüşün başlandığı yer: Dövlət Bayrağı Meydanı

Qeydiyyat üçün son tarix: 25 yanvar 2017, saat 18:00

Qeyd 1: Veloyürüşdə iştirak edən şəxslər velosipedlə təmin olunmur.

Qeyd 2: Velo yürüş zamanı baş verə biləcək bütün arzuolunmaz hadisələrə görə iştirakçı özü məsuliyyət daşıyır.

Əlaqələndirici şəxs: Muxtar Ağazadə

Əlaqə nömrəsi:  +994502226880

Elektron ünvan: mukhtar.aghazada@gmail.com

2 Fevral Gənclər Gününə həsr olunmuş Gənclik velo yürüşü
  •   Bəli
      Xeyr
  •   Yaxşı
      Orta
      Zəif
  •   Bəli
      Xeyr
  •   Təsdiq edirəm

İRadioda Təcrübə qazan

ireadio cover

“İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası radio aparıcısı olmaq istəyirsinizsə, sizə təklif edilən bu fürsəti qaçırmayın.
Günümüzdə radiolarda işə müraciət edəndə sizdən təcrübəli olmağı tələb edirlər. Siz isə bu təcrübəni harada qazanacağınızı düşünürsünüz. Məhz, gənclərdən ibarət komandada çalışaraq, siz gələcək karyeranızın təməlini qura və əvəzsiz təcrübə əldə edə bilərsiniz!

Təcrübə proqramında iştirak etmək istəyirsinizsə 27.01.2017-cı il tarixinədək aşağıda qeyd olunmuş linkdəki ərizə formasını doldura bilərsiniz:

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: ərizələrin qəbulu (18 yanvar- 27 yanvar 2017)
2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi (29 yanvar – 1 fevral 2017)
iRadio – da sizin üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri:
– Radio Aparıcı
– Musiqi tərtibatçısı (DJ)

– Produsser
– Veb səhifənin idarə olunması və digər texniki məsələlər
Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Bakı Səməd Vurğun 43, Dünya Biznes Mərkəzi, 4-cü mərtəbə
Telefon: (+994 12) 597 48 13
Mobil: (+994 55) 220 76 72
E-mail: elvin.sahatbayli@iradio.az

İRadio – Gənclərin Radiosu!

İRadioda Təcrübə qazan
  • Təvəllüd bölməsini bu ardıcıllığa uyğun doldurun (gün/ay/il). Nümunə: 01/01/97. İl bölməsində son iki rəqəmi qeyd edin ( 1997 yox 97)
  •   Bəli
      Xeyr
  •   Aparıcı
      DJ
      Produsser
      Veb səhifənin idarə olunması və digər texniki məsələlər
      Digər