DİL KURSLARI

education

PEER-TO-PEER-EDUCATION

“İRƏLİ” İctimai Birliyi gənclərin maariflənməsinə dəstək olmaq üçün, PPE (Peer to peer education) kurslarına start verir!
PPE kurslarının ilk fəaliyyəti çərçivəsində gənclər xarici dil biliklərini artırmaq imkanı qazanacaqlar. Dərslər həftədə 2 dəfə olmaqla, yeni və elementar səviyyədən başlayaraq 3-6 ay müddətində davam edəcək. Dil kurslarını müvəffəqiyyətlə bitirən şəxslər sertifikatla təltif olunacaqlar. Dil kursları gənclər üçün həmyaşıdlar tərəfindən həyata keçirilir.
İştirak edəcək gənclər həftəsonlarında, müəyyən fəaliyyətlər sayəsində dil biliklərindən əlavə olaraq həmin ölkələrin mədəniyyəti və tarixi ilə də tanış olmaq imkanı qazanacaqlar.
Keçirilən kursların əsas məqsədi gənclərin xarici dil biliklərin artırılmasına və təkminləşdirilməsinə yardımçı olmaqdır.

Qeyd: Administrativ xərclərin ödənilməsi məqsədi ilə, seçiləcək şəxslər müəyyən edilmiş minimal ödənişi etməlidir. Məcburi köçkünlərə, müharibə əlillərinin uşaqlarına, valideynlərindən birini və ya hər ikisini itirmiş şəxslərə güzəştlər olunacaq.

PPE kurslarına müraciət anketi

  •   İngilis dili
      Rus dili
      Fransız dili
      Alman dili
      İspan dili
      İtalyan dili
      Koreya dili