SƏDRDƏN MÜRACİƏT

mirhasan-seyidov

Sədrdən müraciət

“İRƏLİ” İctimai Birliyi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu siyasi kursun uğurlu davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak edərək, müəyyənləşdirilmiş strateji vəzifələrin, Azərbaycan Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində gənclərin dinamik inkişafdakı rolunu daha da inkişaf etdirən gənclər təşkilatıdır.

“İRƏLİ” İctimai Birliyi informasiya cəmiyyətinin sürətlə formalaşdığı bu günümüzdə, gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendinin yaradılması, sağlam düşüncəli gəncliyin inkişafı, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması və ən əsası gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi yönümündə dayanmadan öz güclərini səfərbər edir.

“İRƏLİ” İctimai Birliyi qazandığı nailiyyətlərə əsaslanaraq, Azərbaycanda gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirir. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən İRƏLİ İctimai Birliyi fəaliyyət sahələrini daha da inkişaf etdirilməsi uğrunda səylərini müvəffəqiyyətlə davam etdirir.

“İRƏLİ” İctimai Birliyi olaraq bütün qərarlarımızı, məqsədlərimizi və fəaliyyətlətlərimizi gənclərin maraq dairələrinə uyğun olaraq istiqamətləndirmişik.

“Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın inkişafı üçün gənclər sahəsində qazandığımız nailiyyətlər və cəmiyyətimizin inkişafı istiqamətində atdığımız addımlar, Sizi də, bu uğurların əldə olunmasında iştirak etməyə və gələcək peşəkar addımlarınızda irəlidə olmağa və bizlərə qoşulmağa həvəsləndirəcəkdir”