XƏBƏRLƏR

16681875_610281539179451_5252476368989529241_n - Copy - Copy - Copy - Copy

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə Firuzə Harunovanın rəhbəri olduğu “EkoSivil Gənclik” layihəsi başladı.

“Ekosivil Gənclik” layihəsinin əsas məqsədi gəncləri davamlı inkişaf konsepsiyası haqqında dərindən məlumatlandırmaq, ekologiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq və gənclərin “yaşıl fəaliyyət”-ini stimullaşdırmaqdır. Layihənin sonunda iştirakçılar öz “yaşıl” start-up ideyalarını təqdim edəcəklər.

20-ci əsrin sonlarında Yer kürəsində mövcud təbii ehtiyyatların azalması, bəzi hallarda isə tükənməsi, ətraf təbii mühitin çirklənməsi və pozulması kimi məsələlər kəskinləşdi və nəhayət ki, bəşəriyyəti düşündürməyə başlayıb. Elə o zamanlar sivilizasiyanın yeni mərhələsinə keçidin zəruriliyi konsepsiyası ortaya çıxıb. Davamlı insan potensialına əsaslanan ekolojı sivilizasiyaya keçid prosesinin ən əsas amili insandır. Yaşıl iqtisadiyyatı yalnız “yaşıl təfəkkür”-ə malik olan, sosial məsuliyyətini dərk edən insanlar həyata keçirə bilər. Bu səbəbdən ekoloji sivilizasiyaya keçidin idarə edilməsində təhsil və məlumatlandırmanın rolu olduqca əhəmiyyətlidir.

“Ekosivil Gənclik” layihəsinin açılış mərasimindən sonra “Davamlı inkişaf konsepsiyası”, “Davamlı inkişaf hədəfləri”, “Ekoloji düşüncə və təfəkkür” mövzusunda təlimlər keçirilmişdir.

3 gün davam edən təlim kursu çərçivəsində iştirakçılar ekologiyanın mahiyyətini öyrənəcək, həmçinin ekoloji ideyaların və “yaşıl” start-up layihələrin həyata keçirilməsi imkanları barədə məlumat alacaqlar.