XƏBƏRLƏR

16683087_1859981780906676_1362477266_n

M.Seyidov : Lapşinin Azərbaycana gətirilməsi Ermənistan hökümətində ciddi narahatçılığa səbəb olub

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək işğal olunmuş ərazilərə daxil olması Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normativlərinin seperatçı rejim haqqında beynəlxalq hüquq normalarına uyğun çıxarılan qərarlara zidd bir hərəkət idi.

Bir neçə ölkənin eyni zamanda ikili vətəndaşlığını daşımaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünə qarşı qərəzli yazılar yazmaq, qanunsuz rejimin beynəlxalq səviyyədə təhrif olunaraq təbliğ edilməsi məqsədilə müxtəlif sosial şəbəkələrdə yayımlanmasını gənclər tərəfindən dəfələrlə görülərək müxtəlif sosial şəbəkələrdə bu yazılara cavab verilsə belə, hər zaman tərəfimizdən səsləndirilən fikirlərin qarşısı xüsusi cəhdlərlə alınmışdır. Bloqqerin öz yazılarında Erməni maraqlarına birbaşa xidmət etdiyini dəfələrlə biruzə versə də, bugün erməni diasporu bütün bu həqiqətlərin gizlətməyə və Azərbaycan diplomatiyasının uğuruna ləkə gətirməyə çalışır. Belə ki, bloqqer haqqında bir neçə qapalı fikirlər səsləndirilsə də, hazırda bu məsələ erməni hökümətini ciddi narahat edir. Məhz bu səbəbdəndir ki, beynəlxalq hüquq normalarını dəfələrlə pozmaq cəhdinə nail olmaq istəyən seperatçı rejim, bugün bloqqerin müdafiəsində hər cür yola əl ata bilərdi. Bloqqerin Bakıya gətirilməsi Ermənistan hökümətini ciddi narahat edib. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində, bütün dünyaya bəlli olan Ermənistanın cinayətkar mövqeyindən qarşısının alınması məqsədi ilə Aleksandr Lapşin Azərbaycana DTX əməkdaşlarının güclü mühafizəsi altında gətirilmişdir. Ona qarşı törədilə biləcək hər hansı cinayətin qarşısının alınması və özünə qəsd cəhdlərinin qarşısının alıması məqsədi ilə xüsusi qrup tərəfindən Bakıya gətirilməsi başa düşüləndir.