XƏBƏRLƏR

reli-yazili-png-logo

Son zamanlar cəbhə xəttində yaranan gərginliyi nəzərə alaraq, gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənmiş gəncləri mükafatlandırmaq məqsədi ilə, “İRƏLİ” İctimai Birliyi 18 dekabrda təşkilatın təsis edilməsinin 8 illiyini cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə qeyd edəcək.

“İRƏLİ” İctimai Birliyinin 8-ci il dönümü münasibətilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100 nəfərə yaxın gənc üzvlə birlikdə cəbhə xəttində yerləşən № saylı hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramı təşkil olunması nəzərdə tutulub.

Artıq üçüncü ildir ki, “İRƏLİ” İctimai Birliyi bu ənənəni davam etdirərək, təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsir.